Satılır 2 otaqlı yeni tikili 76 m², 20 Yanvar m.
Realtorlar Hazır Müştəri yoxdursa Zəng etməyin elan paylaşmaq üçün
Şərifzadə küçəsində yerləşən D1 VIP blokda eksklüziv mənzil satışa çıxarılır. Mənzil vitraj pəncərələri sayəsində şəhərə möhtəşəm və daimi açıq panorama təqdim edir. Qarşısında FHN və Respublikanski klinika və digər əhəmiyyətli dövlət binaları yerləşdiyi üçün gələcəkdə tikinti nəzərdə tutulmur və panorama hər zaman qorunacaq.
Mənzil gün çıxan istiqamətə baxır, bu da onu olduqca işıqlı və günəşli edir. Təmir mənzil sahibi tərəfindən öz yaşayışı üçün edildiyindən, işlərdə yüksək keyfiyyətli materiallardan istifadə olunub. Kafel-metlaxlar tanınmış İspaniya istehsalı brendə məxsusdur. Təmir xüsusi dizayn layihəsi əsasında peşəkar şəkildə icra edilib.
Kompleks tam yaşayışlıdır, QAZ var və bütün kommunikasiyalar aktivdir. Geniş və zəngin daxili infrastruktur mövcuddur. ÇIXARIŞ 2–3 ay ərzində verilməsi nəzərdə tutulur.
📍 Yerləşmə: Şərifzadə küçəsi, D1 VIP blok
🪟 Vitraj pəncərələr – şəhərə açılan geniş və daimi panorama
🏛️ Qarşısında FHN və Respublika əhəmiyyətli binalar – gələcək tikinti yoxdur
☀️ Gün çıxan tərəf – gün boyu təbii işıq
🎨 Xüsusi dizaynlı təmir, öz yaşayış üçün edilib
🧱 İspaniya istehsalı premium kafel-metlax
🔥 Qaz və yaşayış var, bina tam aktivdir
🌳 3 hektarlıq böyük park və həyət
👶 Uşaq meydançaları və uşaq bağçası
🏋️♂️ Fitness & SPA mərkəzi, qapalı hovuz
🌿 Yaşıllıqlarla əhatə olunmuş, sakit və prestijli mühit
💧 Qaz, su, işıq, internet – daimi təminat





























































































































