Satılır 8 otaqlı həyət evi/bağ evi 300 m², Bahar q.
Hövsan qəsəbəsi, Yeni Bahar yaşayış massivində
(Su Təmizləmə Stansiyasının qarşısı)
8 sot torpaq sahəsində yerləşən, 300 kv.m-dən artıq tikinti sahəsi olan fərdi yaşayış evi satışa təqdim olunur.
Binanın qaba tikinti işləri tam şəkildə yekunlaşmış, dam örtüyü və pəncərələr quraşdırılmışdır. Həyətdə ayrıca tualet və anbar məqsədli köməkçi tikili nəzərdə tutulmuşdur. Yaşayış binasına iki ayrı giriş mövcuddur. Həyət divarları 3 metr hündürlükdə, yüksək keyfiyyətlə inşa edilmişdir.
Həyət sahəsinə nəbati torpaq gətirilmiş, iki dəfə gübrələnmiş və meyvə ağacları əkilmişdir.
Binanın daxili suvaq işləri təxminən 90% tamamlanmışdır. Yer səviyyəsi, ikinci mərtəbə, dam döşəməsi, eləcə də bütün sütun və rigellər yüksək keyfiyyətli dəmir-beton konstruksiya ilə tikilmişdir. Binanın altında 30 kv.m sahəsi olan anbar təyinatlı zirzəmi mövcuddur.
Daxili elektrik xətləri üçün suvaqaltı borular yerləşdirilmiş, mətbəx və sanitar qovşaqlar üzrə su və kanalizasiya infrastrukturu çəkilmişdir.
Torpaq sahəsinin çıxarışı mövcuddur. Binaya dair tikinti məlumatlandırma sənədi İcra Hakimiyyətindən alınmışdır. Obyekt su, kanalizasiya və elektrik şəbəkələrinə qoşulmuş, müvafiq sayğaclarla təmin edilmişdir.
Tikili şəxsi istifadə üçün, ən yüksək keyfiyyət standartlarına uyğun şəkildə inşa edilmişdir.







































































































