





















Abşeron rayonu, Saray qəsəbəsində 1 mərtəbəli, tam təmirli və əşyalı həyət evi satılır.
Ümumi sahə faktiki olaraq 110 m²-dir (çıxarışda 77 m²), torpaq sahəsi 2.3 sotdur. Ev 3 otaqlıdır, tavan hündürlüyü 2.7 metrdir. 2017-ci ildə tikilib.
Ev bütün mebellərlə birlikdə satılır: mətbəx mebeli və texnika, yataq otağı mebelləri, dolablar, hamam aksesuarları, televizor və digər əşyalar qalır. Al və yaşa formatındadır.
Kommunikasiyalar tamdır: qaz, işıq, şəhər suyu, mərkəzi kanalizasiya, internet xətti və sayğaclar mövcuddur.
Yoldan 170 metr məsafədə yerləşir, asfalt yol yaxınlıqdadır. Avtobus dayanacağı 3 dəqiqəlik məsafədədir. Məktəb və bağça 1 km, marketlər isə 400 metr məsafədədir.
Həyəti hasarlıdır, darvaza və drenaj sistemi var.
Çıxarış var, ipotekaya yararlıdır. Sənədlər tam qaydasındadır.
Real alıcılar üçün baxmaq mümkündür.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5849227
327
30 Yanvar 2026
Növbəti elanlar yüklənir...