İcarəyə verilir obyekt 200 m², Nəsimi r.
Nəsimi rayon Polis İdarəsinin arxasında, Mirəli Qaşqay küçəsində yerləşən ayrı tikili iki mərtəbəli binanın polpadval hissəsində pub–kafe icarəyə verilir. Obyekt uzun müddət fəaliyyət göstərmiş, formalaşmış müştəri bazası olan məkandır və bu sahədə işləmək istəyənlər üçün hazır vəziyyətdədir.
Obyektin geniş və rahat zalı mövcuddur, əlavə olaraq üç ayrı kabinetlə təmin olunub. Tam funksional mətbəx, xalodnu otağı və istifadə üçün yararlı soyuducular var. Havalılandırma çıxışının mövcud olması pub və kafe fəaliyyəti üçün böyük üstünlükdür. Əşya və avadanlıqların bir hissəsi obyektdə qalır ki, bu da yeni icarədar üçün əlavə xərc tələb etmir.
İşini bilən, təcrübəli və uzunmüddətli əməkdaşlıq düşünən icarədar axtarılır. Yeni icarədara fəaliyyətə başlama mərhələsində lazımi köməklik göstəriləcək. Qiymət məsələsində qarşılıqlı razılaşma mümkündür.
Pub və kafe kimi fəaliyyət üçün əlverişli, yerləşmə baxımından uğurlu və potensialı yüksək bir obyektdir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.






















































































































































































